Avtomobil sənayesində ciddi böhran gözlənilir – PROQNOZ - FOTO

Avropada 2035-ci ildən etibarən istilik mühərriklərinin qadağan edilməsi bu sektorda ciddi böhrana səbəb olacaq. Hətta 2010-cu ildə baş vermiş və nəticələri hələ də davam edən böhran bununla müqayisədə çox zəif görünə bilər.
Avtosfer.az xəbər verir ki, bu qənaətə avropalı ekspertlər gəliblər. Onların fikrincə, avropalılar 2033-2034-cü illərdə son fürsət olaraq kütləvi şəkildə istilik mühərrikli maşınlara axın edəcəklər. Bu da istehsalçıların qısa müddətdə böyük gəlir əldə etməsinə səbəb olacaq. Lakin məsələnin ikinci tərəfi arzuolunan deyil.
Artan tələbi ödəmək üçün avtomobil və detal istehsalçıları əlavə investisiya qoyacaq, işçi cəlb edəcək. Bir müddət sonra isə satışlar çökəcək. Nəticədə istehsal da dayanacaq. Hansısa zavodun yeni texnika buraxılışına uyğunlaşması üçün aylar, hətta illər tələb olunur. Bir müəssisənin benzin mühərriki istehsalından elektrik avadanlığı istehsalına keçidi bir neçə gün ərzində mümkün olacaq iş deyil.

Bu məqamda istehsalçılar yenidən investisiya qoymağa, bazara uyğunlaşmağa çalışacaq. Nəticədə avtomobil sənayesində iş yerləri ixtisara düşəcək. Bu sektorda yaranacaq böhran digər sahələri də “vuracaq”.
Qərb analitikləri burada başqa bir amili də vurğulayırlar: onların fikrincə, Çin bu vəziyyətdən bəhrələnəcək.
Vüqar
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR












