Avtomobil sənayesində kiberhücumlar artıb - FOTO

2025-ci ildə avtomobil sənayesində kiberhücumlar 40 faizədək artıb. 2026-cı ildə hücumlar daha intensiv xarakter alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “JP Morgan” Bankı məlumat yayıb. Hesabatda bildirilir ki, kibermüdaxilələr konveyerin dayanmasından tutmuş avtomobilin sürücüyə tabe olmamasınadək fərqli hadisələri əhatə edir.
Bu sahədə ən zəif həlqə təchizatçılardır.
Kibertəhdidlərlə ən çox üzləşənlər məhz onlardır. Növbəti yerdə istehsalçılar, ən sonda isə avtomobil sahibləri gəlir.
2025-ci ildə avtomobillərə məsafədən hücumla bağlı 328 fakt aşkar edilib ki, bu da illik əsasda 8 faiz artım deməkdir.
2026-cı ildə provayderlərə kütləvi hücumlar avtomobillərin siqnallaşma sistemlərində ciddi nasazlıqlarla müşayiət olunub.
Avtomobillərə kiberhücumlar əsasən aşağıdakı kimidir:
İnternetə qoşulmuş maşınlara hücumlar;
Yalançı yenilənmələr;
Avtomobilə məsafədən müdaxilə;
Avtomobilin elektronikasına müdaxilə.
Köhnə texnologiyalı avtomobillər üçün kibertəhdid heç bir risk yaratmır. XX əsrdə istehsal olunmuş maşınlara məsafədən müdaxilə mümkün deyil.
Vüqar Yaşaroğlu

Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq












