Avtomobil sığortası BAHALAŞACAQ?

Son dövrlərdə avtomobillərin iştirakı ilə baş verən qəzaların sayının artması sığorta şirkətlərinin ödənişlərinə də təsirsiz ötüşmür. Qəza hallarının çoxalması nəticəsində sığorta ödənişlərinin əhəmiyyətli dərəcədə artdığı bildirilir. Bu isə avtomobillərin icbari sığortasının gələn ildən bahalaşa biləcəyi ilə bağlı müzakirələri gündəmə gətirib.
Bəs bu ehtimal nə dərəcədə əsaslıdır? İcbari avtomobil sığortasının qiyməti arta bilərmi və artım baş verərsə, nə qədər ola bilər?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Hafta.az-a danışan sığorta eksperti Nicat Əlibəyli bildirib ki, 16 iyun 2026-cı ildən qüvvəyə minən yeni “Sığorta Tarixçəsi Əmsalı” sistemi sürücülərin qəza tarixçəsini sığorta haqqının formalaşmasında daha mühüm amilə çevirib.Ekspertin sözlərinə görə, ümumi baza tariflərinin kütləvi şəkildə artırılması əvəzinə, qəza törədən sürücülər üçün hər hadisəyə görə sığorta haqqının yüksəlməsi mexanizmi tətbiq edilir:
“Bu məqam sistemin sosial-psixoloji tərəfini dəqiq əks etdirir. Artıq maliyyə məsuliyyəti birbaşa avtomobil sahibinə deyil, konkret sükan arxasında olan şəxsin sürücülük və sığorta tarixçəsinə bağlanır”.
Nicat Əlibəyli qeyd edib ki, əvvəllər sürücülər başqasının avtomobilini idarə edərkən törətdikləri qəzanın fərdi maliyyə nəticəsini kifayət qədər hiss etməyə bilərdilər. Yeni mexanizm isə sürücünün qəza tarixçəsini onun gələcək sığorta xərcləri ilə birbaşa əlaqələndirir.
“İndi hər bir sürücü bilir ki, törətdiyi qəza onun gələcək sığorta xərcinə təsir edə bilər. Bu da sürücüləri daha diqqətli olmağa, sürət həddinə riayət etməyə və riskli manevrlərdən çəkinməyə sövq edən mexanizmdir”, – deyə ekspert vurğulayıb.
Ekspert hesab edir ki, belə yanaşma uzunmüddətli perspektivdə qəza hallarının azalmasına da xidmət edə bilər. Onun sözlərinə görə, qəza etməyən sürücülər üçün isə əks istiqamətdə güzəşt mexanizmi tətbiq olunur və hər il qəzasız sürücülük sığorta haqqının daha aşağı olması ilə nəticələnə bilər.
Bəs artan qəza sayı fonunda gələn ildən icbari avtomobil sığortasının ümumi qiymətinin artırılması mümkündürmü?
Nicat Əlibəylinin sözlərinə görə, sığorta ödənişlərinin artması tarif siyasətinə təsir göstərə biləcək amillərdən biridir. Lakin bunun avtomatik olaraq bütün sürücülər üçün eyni məbləğdə bahalaşma anlamına gəlmədiyini nəzərə almaq lazımdır.
Ekspert bildirib ki, qiymət dəyişikliyi ilə bağlı konkret rəqəm demək üçün sığorta bazarındakı zərərlilik göstəriciləri, ödənişlərin dinamikası və tənzimləyici qərarlar nəzərə alınmalıdır.
Beləliklə, qarşıdakı dövrdə əsas məsələ yalnız icbari avtomobil sığortasının bahalaşıb-bahalaşmayacağı deyil, həm də sürücünün fərdi qəza tarixçəsinin ödədiyi sığorta haqqına nə dərəcədə təsir göstərəcəyi olacaq.
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi












