Avtomobil üçün ən təhlükəli saxta maye nədir?

İl başlayandan Türkiyədə 180 nəfər, son 2 həftədə isə Bakıda 16 nəfər saxta spirtli içkidən dünyasını dəyişib. Sual oluna bilər ki, bunun avtomobil tematikasına aidiyyəti nədir? Cavab sonda.
Avtomobil üçün ən az alınan məsrəf materialı tormoz mayesidir desək, yanılmarıq. Reqlamentə görə bu maye 2 ildə bir dəfədən az olmayaraq dəyişməli olduğu halda, bu, əksər sürücülərin yadına düşmür. Yalnız maye azaldıqda əlavə edilir, ya da tormoz sisteminin hansısa detalı dəyişdirildikdə məcburən əvəzlənir. Buna görə də, çox vaxt tormoz mayesinin saxtası barədə düşünmürük.
Lakin bu mayenin saxtası keyfiyyətsiz yağdan və benzindən daha təhlükəlidir. Saxta maye öz təsirini bir neçə saata da göstərə bilər, bir neçə həftədən sonra da. Hər şey əsasən sistemə əlavə edilən mayenin həcmindən asılıdır.
Saxta tormoz mayesinin ən böyük təhlükəsi kiçik rezin detallara zərər verməsidir. Keyfiyyətsiz benzindən fərqli olaraq, bu hal dərhal deyil, bir neçə günə üzə çıxır. Minik avtomobillərində tormoz kanalları çox dardır. Saxta maye rezin detalları şişirtdiyi üçün magistrallar tutulur və avtomobil tormozsuz vəziyyətə düşür. Ya da tormoz avtomobili saxlaya bilməyəcək qədər zəif olur. Saxta mayenin təsiri ilə detallar da tədricən korroziyaya uğrayır. Son nəticədə sürücü pis halda qəzaya, yaxşı halda isə xərcə düşür.
Bazara nəzər yetirdikdə tormoz mayesinin qiymətinin (250 – 500 qramlıq qablarda) 3-10 manat arası dəyişdiyinin şahidi olduq. Söhbət təbii ki, brend mallardan getmir. Lakin bu ucuz malların da kifayət qədər böyük müştəri kontingenti var.
Tormoz mayesi istehsalının çox çətin və bahalı proses olduğunu nəzərə alsaq, 3-5 manatlıq məhsulun keyfiyyəti ciddi şübhə doğurur. 2003-cü ildə ABŞ-də ABS əyləc sistemli avtomobillər üçün tormoz mayesi standartı müəyyən edilib. Bu standartı bütün istehsalçılar referans kimi qəbul edirlər. Məsələn, Azərbaycanda geniş yayılmış markalardan olan “Toyota”nın servisində DOT 5.1 TƏLƏBİNƏ CAVAB VERƏN TORMOZ MAYESİ 32 MANATDIR.
Fərq göz qabağındadır. Bu mayelər ABS sistemli avtomobillər üçündür. Lakin onları təhlükəsiz şəkildə adi tormoz sistemli avtomobillərdə istifadə etmək mümkündür. Əksini etmək qətiyyən olmaz. Avtomobildə DOT 5.1 standartlı tormoz mayesi varsa, onun üzərinə saxta maye əlavə etmək daha böyük təhlükə yaradır. Ucuz mayelər spirt əsaslı olduğu halda, DOT 5.1 silikon əsaslıdır.
2023-cü ilin statistikasına görə, Rusiya bazarında hər il orta hesabla 2000 ton saxta tormoz mayesi satılır. Azərbaycanla bağlı belə bir statistika mövcud deyil.
İndi qayıdaq metil spirti məsələsinə. Dünyanın aparıcı elmi-tədqiqat institutlarının qənaətinə görə, saxta tormoz mayesinin avtomobilə təsiri metil spirtinin insana təsiri kimidir. Yəni, hər ikisi ya şikəst edir, ya da öldürür. Burada bir qədər mübaliğəyə yol verilsə də, reallıqdır.
Vüqar Yaşaroğlu
Bir USB ilə bütün sistemi sıradan çıxa bilər - Avtomobil üçün gizli təhlükə
Bu məşhur 5 avtomobili almayın! - SİYAHI
Maşınınıza ehtiyat hissələri alarkən diqqətli olun: Köhnə və xarab detallar satılır
Çin istehsalı olan avtomobillərin hərbi obyektlərə girişi qadağan edilir
Avtomobil qışda neçə gün hərəkətsiz qala bilər? - AÇIQLAMA
“BMW” və “Porsche”lər öz-özünə sönməyə başlayıb – Səbəb nədir?
Bakıda “kitayski” maşınlar niyə bahalaşdı?
Soyuq havalarda avtomobil necə işə salınır?
Elektrikli avtomobil sahiblərinə vacib xəbər – Qaydalar və cərimələr açıqlandı
Qarlı hava qəzaları artırır – USTADAN XƏBƏRDARLIQ
Avtomobili qışa necə hazırlamalı? - Mütəxəssis tövsiyəsi











