Avtomobil utilizasiyasında strateji məqam - FOTO

“2024-cü ilin oktyabr ayından indiyə qədər 30 000 nəqliyyat vasitəsi utilizasiyaya verilib. Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən 4 utilizator reyestrdə qeydiyyata alınıb”.
Məlumat ilk baxışdan quru statistika təsiri bağışlasa da, arxasında ciddi iqtisadi nəticələr dayanır. Xarici təcrübəyə nəzər saldıqda görürük ki, utilizasiyanın yeganə məqsədi köhnə maşınları yoldan yığışdırmaq deyil.
Bir yaşı tamam olmamış maşının utilizasiyaya göndərilməsi özü çox mətləblərdən xəbər verir. Məntəqələrdəki fotolardan görünür ki, yük avtomobili və avtobuslardan qurtulmaq istəyən vətəndaşlarımızın da sayı kifayət qədərdir.
Utilizasiya proqramı həm də təkrar xammal mənbəyidir. Avtomobil istehsalında onlarla metal və müxtəlif tərkibdə çoxsaylı plastik məmulatlar tətbiq edilir. Bu maddələrin böyük qismini utilizasiya prosesində çıxarıb təkrar istifadə etmək mümkün olur. İşin starateji tərəfi də məhz budur.
Azərbaycanda utilizasiyaya verilən avtomobillərin əksəriyyəti VAZ markasına aiddir ki, bu da tam təbii qarşılanmalıdır. Növbəti yerlərdə isə 2000-ci illərin əvvəllərində kütləvi şəkildə gətirilmiş Avropa avtomobilləri dayanır. Bu maşınların kütləsindən çıxış edərək hesablama aparsaq ortaya belə bir mənzərə çıxar: VAZ avtomobillərinin kütləsi 955-1220 kiloqram arası dəyişir. Avtobus və yük maşınlarının isə daha ağırdır. Buna görə də hər texnikanın 1 ton qara metal ehtiva etdiyi fərz etsək, ortaya belə bir rəqəm çıxar : 30 000 ədəd X 1000 kq = 30 000 000 kq = 30 000 ton.
Bundan əlavə hər minik avtomobilindən təxminən 15 kiloqram alüminium (və ərintisi), 4 kiloqramadək mis, 2 kiloqramadək latun əldə etmək mümkündür. Başqa sözlə, bir avtomobil orta hesabla 20 kiloqram əlvan metal və ərintisi verə bilir: 30 000 ədəd X 20 kq = 600 000 kq = 600 ton. Akkumulyatorlar ayrıca utilizasiya olunduğu üçün bu mövzuya toxunmuruq.
Adi hesablama göstərir ki, avtomobil utilizasiyası min tonlarla xammal əldə etməyə imkan verir. Üstəgəl, bu materiallar artıq illər əvvəl, zərərli istehsal mərhələsini keçib. Utilizasiyada əldə edilmiş materialın təkrar istifadəsi daha asan və az zərərlidir.
İşin iqtisadi tərəfinə gəlincə: köhnə avtomobillərin təhvil verilməsi nəticəsində toplanan mateial həm idxaldan asılılığı azaldır, həm də yerli istehsalın canlanmasına şərait yaradır. Yerli xammal həm əlavə iş yerləri, həm də qənaət olunmuş valyuta deməkdir. Bu yolla ölkənin ticarət balansını da müəyyən qədər profisitə doğru çəkmək mümkündür. Belə bir material mənbəyi Qarabağda intensiv tikinti işlərinin aparıldığı dövrdə hava və su kimi vacibdir.
Statistika həm də prosesə marağın yüksək olduğunu göstərir. Orta hesabla ildə 20 min avtomobil təhvil verilməsi işin doğru təşkil olunduğuna dəlalət edir.
Vüqar Yaşaroğlu
.jpg)
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












