Avtomobildə kondisioner işlədən hər kəs bilməlidir - SÜRÜCÜLƏR OXUSUN - VİDEO

Havaların soyuması ilə sürücülər avtomobillərində kondisionerləri qış rejimində istifadə etməyə başlayıblar. Yay aylarında kondisioner ancaq soyuq rejimində çalışdığından qış rejiminə keçdikdə sürücülər bir sıra problemlərlə qarşılaşırlar. Avtomobil ustaları vaxtında müdaxilə olunmasa,bu problemin sürücüləri böyük xərcə sala biləcəyini deyirlər. Avtomobil kondisionerinin hava kanallarıından biri isti, digəri isə soyuq hava üfürür. Havaların soyuması ilə əksər sürücülər bu problemlə qarşılaşırlar.
Sürücülər deyirlər ki, əksər hallarda fəsil dəyişdikdə kondisonerin qış rejimində işləməsində problemlər yaranır. Xüsusilə də uzun müddət soyuq rejimdə işləyən kondisioneri qış rejiminə keçirdikdə isti hava əvəzinə soyuq hava üfürür.
Avtosfer.az xəbər verir ki, avtomobil ustası Sahil Ağabəyovun sözlərinə görə, bu problemin əsas səbəbi kondisionerdə olan boruların tutulmasıdır ki, bu da vaxtında aradan qaldırılmasa, sürücünü daha çox xərcə sala bilər. Sahil Ağabəyov deyir ki, bu problemlə qarşılaşan sürücülər üçün müvəqqəti çıxış yolu da var. Ustalar onu da deyirlər ki, ümumiyyətlə belə problemlə qarşılaşmamaq üçün avtomobilin antifriz adlanan mayesini vaxtında dəyişmək lazımdır. Bundan əlavə, ayda bir dəfə bir neçə dəqiqəlik qış aylarında kondisioneri yay rejimində, yay aylarında isə əksinə, qış rejimində işlətmək tövsiyyə olunur.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












