Avtomobildə təhlükəsizlik kəməri taxmayan sərnişinlərin nəzərinə!

“Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununa əsasən, təhlükəsizlik kəməri ilə təchiz edilmiş nəqliyyat vasitələrində həm sürücü, həm də sərnişinlər təhlükəsizlik kəmərindən istifadə etməlidirlər. Bununla yanaşı, sürücünün əsas vəzifələrindən biri avtomobili hərəkətə başlamazdan əvvəl sərnişinlərin təhlükəsizlik kəmərini taxdığına əmin olmaqdır. Bu tələb təsadüfi xarakter daşımır. Yol-nəqliyyat hadisələri zamanı təhlükəsizlik kəmərindən istifadə ölüm və ağır bədən xəsarətləri riskini əhəmiyyətli dərəcədə azaldır”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında “Ekspert-SM LTD” MMC-nin hüquqşünası Afaq Əliyeva deyib.

O qeyd edib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, təhlükəsizlik kəmərindən istifadə ilə bağlı qanunvericiliyin tələblərinin pozulması inzibati məsuliyyət yaradır: “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi dövlətin prioritet istiqamətlərindən biri olmaqla yanaşı, hər bir yol hərəkəti iştirakçısının qanunvericiliklə müəyyən edilmiş vəzifələrə əməl etməsini tələb edir. Bu vəzifələrdən biri də nəqliyyat vasitəsində təhlükəsizlik kəmərindən istifadə olunmasıdır. Sürücü sərnişinin təhlükəsizlik kəmərini taxmadığını bildiyi halda nəqliyyat vasitəsini idarə edərsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb oluna bilər. Bununla yanaşı, sərnişin də qanunvericiliyin tələblərinə əməl etməyə borcludur. Təhlükəsizlik kəmərindən istifadə etmək hər bir sərnişinin şəxsi məsuliyyətidir və bu qaydanın pozulması hüquqi nəticələrə səbəb ola bilər”.
Hüquqşünas qeyd edib ki, təhlükəsizlik kəmərindən istifadə ilə bağlı tələblər yalnız inzibati məsuliyyət baxımından deyil, həm də mülki və cinayət hüququ müstəvisində əhəmiyyət daşıya bilər: “Yol-nəqliyyat hadisəsi baş verdikdə təhlükəsizlik qaydalarına əməl olunmaması məsuliyyət məsələlərinin qiymətləndirilməsi zamanı nəzərə alınan hallardan biri hesab edilir. Beləliklə, qüvvədə olan qanunvericiliyin təhlili göstərir ki, sürücü avtomobili hərəkətə gətirməzdən əvvəl həm özünün, həm də sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməsinə nəzarət etməlidir. Bu öhdəliyin yerinə yetirilməməsi qanunvericilikdə nəzərdə tutulmuş hallarda inzibati məsuliyyətə səbəb ola bilər. Əgər sərnişin təhlükəsizlik kəmərini taxmayıbsa, buna görə məsuliyyət sərnişinin öz üzərinə düşür və onun barəsində 30 manat məbləğində inzibati cərimə tətbiq edilir. Lakin sürücü özü təhlükəsizlik kəmərindən istifadə etmədikdə, bu artıq sürücünün şəxsi inzibati məsuliyyətidir və qanunvericiliyə əsasən 40 manat məbləğində cərimə nəzərdə tutulur. Beləliklə, sərnişinin kəmər taxmamasına görə sürücünün cərimələnməsi ilə bağlı fikir doğru deyil. Hər bir şəxs öz öhdəliyinə görə qanun qarşısında məsuliyyət daşıyır”.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












