Avtomobildə yaşın fərqi varmı? - FOTO

Köhnə avtomobillər mövzusu bu gün Azərbaycan da daxil olmaqla bir çox ölkədə ciddi müzakirə mövzusudur.
Avtosfer.az xəbər verir ki, ekspertlər belə bir suala cavab axtarırlar: avtomobilin istehsal tarixinin köhnə olması onun birmənalı şəkildə təhlükəli olduğunu deməyə əsas verirmi?
Rusiyalı mütəxəssislər rəsmi müzakirələrdə bu məsələdə ortaq məxrəcə gəliblər. Onların fikrincə, avtomobilin köhnə olması birmənalı şəkildə pis və təhlükəli olmaq anlamına gəlmir. Lakin, bir neçə məsələ də diqqətdə saxlanmalıdır.
Bir çox köhnə avtomobil sahibi öz nəqliyyat vasitəsini səliqəli saxlayır, vaxtında texniki qulluq həyata keçirir. Bu avtomobillər ciddi təhlükə yaratmır. Bunun əksinə, bəzi təzə avtomobil sürücüləri texnikanın vəziyyətinə fikir vermirlər. Bu təqdirdə texnikanın yaşı ciddi əhəmiyyət daşımır.
İkinci qrupa gündəlik istismar olunan yaşı iyirmini ötmüş maşınılar daxildir. Sözügedən texnikalardan gündəlik ucuz nəqliyyat vasitəsi kimi əksər MDB ölkələrində istifadə edilir. Əsasən Sovet İttifaqında istehsal edilmiş bu avtomobillərə çox vaxt yalnız yolda qaldıqda və ya mühərrik sıradan çıxdıqda texniki qulluq edilir. Onların əksəriyyətində xarici işıqlandırma, sükan və tormoz mexanizmləri saz vəziyyətdə deyil. Təhlükə yaradan da məhz bu vəziyyətdir.
Müzakirələr zamanı belə bir fikir səsləndirilib ki, 30 ilin avtomobilində müasir standartı axtarmaq qeyri-obyektivdir. Əsas məsələ isə insan amilidir. Yəni, sürücü avtomobilə normal qayğı göstərdikdəi və yol hərəkəti qaydalarına əməl etdikdə təhlükə də az olur.
Vüqar Yaşaroğlu
.jpg)
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












