Avtomobildəki batıqlar rəng vurmadan belə düzəlir - VİDEO

Avtomobilin üzərindəki kiçik batıq bəzən detalın rənglənməsi, hətta dəyişdirilməsi ilə nəticələnir. Amma boya qopmayıbsa, bir çox hallarda həmin əzikləri rənglənmədən düzəltmək mümkündür.
Avtosfer.az Xəzər Tv-yə istinadən xəbər verir ki, sürücülər arasında "bezkraska" kimi tanınan bu üsul avtomobilin zavod boyasını qorumağa imkan verir. Qiymət isə zədənin yerindən, dərinliyindən və işin çətinliyindən asılı olaraq dəyişir.
Bu işin əsas məqsədi avtomobildəki əzik və batıqları rəngsiz düzəltməkdir. Yəni detalın üzərinə üzlük vurulmur, əlavə boya çəkilmir.
Bu üsul xüsusilə avtomobilini zavod boyasında saxlamaq istəyənlər üçün önəmlidir. Çünki rənglənmiş detal sonradan maşının satış qiymətinə də təsir edə bilər. Ona görə boya qopmayıbsa və metal ciddi zədələnməyibsə, bir çox sürücü əvvəlcə rəngsiz əzik düzəltmə ustasına müraciət edir.
Rəngsiz bərpa təkcə bir-iki batığa aid deyil. Dolu nəticəsində yaranan çoxsaylı zədələr də bu üsulla düzəldilə bilər.
Ustalar bu işi xüsusi avadanlıqlarla görürlər. Bəzi batıqlar arxadan itələnir, bəziləri isə səthə zərər vermədən dartılır.
Amma hər əziyi rəngsiz düzəltmək mümkün deyil. Boya qopubsa, metal kəskin bükülübsə və ya detal əvvəl rənglənibsə, nəticə istənilən kimi alınmaya bilər. Buna görə zədə əvvəlcə usta tərəfindən yoxlanılmalı, sonra uyğun təmir üsulu seçilməlidir.
Usta Taryel Babayev deyib ki, sözügedən prosesin icra edilməsi 20-1000 manat arasında dəyişir.
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












