Avtomobili şaxtadan qorumaq üçün sadə üsullar
Avtoxəbər
26 Noyabr 2024 11:36

Avtomobili şaxtadan qorumaq üçün sadə üsullardan istifadə etmək olar
Havaların soyuması avtomobillərə və təbii ki, avtomobil sahiblərinə də bır sıra problemlər yaradır. Xüsusən də əgər avtomobil gecə saatlarında açıq havada park edilirsə, şüşələrin, güzgülərin buz tutacağı, mühərriki don vuracağı ehtimalı da var. Mütəxəssislər bəzi xırda detallara diqqət etməklə zərərdən yayınmanın mümkünlüyünü bildirir.
Avtosfer.az “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, avtomobili şaxtadan qorumaq üçün sadə üsullardan istifadə etmək olar. Bunun üçün adi sellofan paket də yetərlidir. Sellofan paketi avtomobilin arxanı göstərən ön güzgüsünə keçirmək aynanın buzlanmasının qatşısını alacaq. Sellofan paketi güzgüyə elə keçirmək lazımdır ki, onu bütünlüklə örtsün. Bununla güzgünün buzlanması problemindən xilas olarsınız. Buzlanmağın qarşısını alan örtüklərdən də istifadə edilə bilər. Avtomobilin ön şüşəsini gecələr xüsusi şüşə qoruyucu örtüklə bağlamaq, şüşəsilənləri isə ön şüşədən aralı vəziytətdə saxlamaq lazımdır ki, rezin ucluqlar şaxtanın təsiri ilə şüşəyə yapışmasın. Avtomobilin pəncərələri və digər səthləri buzlanmadan qoruyan xüsusi spreylər də satılır. Avtomobilin zədələnməsinin qarşısını almaq üçün bu spreylərdən istifadə edə bilərsiniz. Amma kimyəvi məhsullardan istifadə etmək istəmirsinizsə, sirkə ilə suyu qarışdırıb pəncərələrə çiləyə bilərsiniz. Buzlanma təkcə pəncərələrdə deyil, həm də mühərrik sistemlərində müxtəlif problemlər yarada bilər. Mühərrikin soyuducusunda antifriz tərkibini vaxtaşırı yoxlayın. Antifrizin normal səviyyələri mühərrikin donmasının qarşısını alır. Qış mövsümündən əvvəl avtomobilinizə ümumi texniki qulluq etməklə buzlanmaya qarşı tədbir görülməlidir. Alacağınız ehtiyat tədbirləri, qış boyu avtomobildən rahat istifadəyə imkan verəcək. Bu həm iqtisadi cəhətdən sərfəlidir, həm də təhlükəsizlik baxımından vacibdir. \
(sherg.az)
Oxunub : 1148
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 18:46
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
13 Noyabr 2026 17:54
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
13 Noyabr 2026 16:48
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
13 Noyabr 2026 16:36
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
13 Noyabr 2026 15:41
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
13 Noyabr 2026 14:48
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
13 Noyabr 2026 11:33
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
12 Noyabr 2026 23:59
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
12 Noyabr 2026 14:48
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
12 Noyabr 2026 12:18
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
12 Noyabr 2026 10:18
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
11 Noyabr 2026 23:59
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
ŞƏRH YAZ












