Avtomobilin mühərrikində yaranan səslər nəyin xəbərçisidir? - Mütəxəssis rəyi

Rusiyalı ekspert Vladimir Baxarev mühərrikdə yaxınlaşan nasazlığın əsas əlamətlərini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, mütəxəssis bu barədə Lenta.ru-ya müsahibəsində danışıb. Ekspert bildirib ki, mühərrikin sıradan çıxacağını göstərən bir neçə kritik siqnal mövcuddur:
"Birinci və ən aşkar əlamət mühərrikdəki qeyri-adi səslərdir: tıqqıltı, şıqqıltı, cingildəmə, fit və ya cırıltı. Bu səslər heç vaxt səbəbsiz yaranmır. Xüsusilə mühərrikdə tədricən artan tıqqıltı sürücünün eşidə biləcəyi ən təhlükəli siqnallardan biridir. Bu, sürgü qolu (boyun yastıqları) və ya zəncirlə bağlı ciddi problemlərə işarə edir. Cingildəmə səsi hidrokompensatorlarda yağ çatışmazlığından, fit isə köməkçi aqreqatların qayışlarının aşınmasından xəbər verir", - deyə mütəxəssis qeyd edib.
V.Baxarev mühərrik nasazlığından xəbər verən digər amillərə də toxunub:
"İşlənmiş qazların (tüstünün) rəngi də yaranan təhlükəni ayırd etməyə imkan verir. Qara tüstü qarışığın həddindən artıq zənginləşməsinə və ya yağın silindrlərə sızmasına, göy tüstü birbaşa porşen qrupunun aşınmasına, aseton qoxulu ağ qatı tüstü isə silindrlərə antifrizin düşməsinə işarədir. Hər üç hal, böyük ehtimalla, mühərrikin əsaslı təmirini qaçılmaz edir".
Bundan əlavə, avtomobilin dartma qüvvəsinin azalması, mühərrikin qeyri-sabit işləməsi və salonda kəskin yağ və ya benzin qoxusunun yaranması da maye sızmasının və ciddi nasazlığın əlaməti kimi dəyərləndirilməlidir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












