Avtomobilin orta qiymətinin çox yüksək olduğu ölkələr – SƏBƏB

Avtomobilin pərakəndə satış qiymətini formalaşdıran amil təkcə zavoddan buraxılış qiyməti deyil. Satışın dəyərinə zavod qiyməti ilə yanaşı vergilər, satıcının birbaşa və dolayı xərcləri də təsir edir. Bəzi ölkələrdə yekun qiyməti maya dəyərinin yüksək olması diqtə edirsə, digərində yüksək gömrük rüsumları qiymətləri yuxarı çəkir.
Avtosfer.az xəbər verir ki, avtomobilin orta qiymətinin ən yüksək olduğu ölkələr Kanada (62 000 dollar) Britaniya (61 000 dollar), ABŞ (52 000 dollar), İsrail (50 000 dollar) və Rusiyadır (45 000 dollar). Hər bir ölkə üçün bahalığın konkret səbəbləri var.
Məsələn, ABŞ və Kanada əhalisi böyük pikaplara üstünlük verir. Bu avtomobillər ağır və yaxşı komplektasiyalı olduqları üçün çox bahadır.
Britaniyada lüks modellər çoxdur. İsraildə isə gömrük xərcləri avtomobilin dəyərini üstələyir.
Qonşu Rusiyada bahalığa səbəb sanksiyalardır. Çin hökuməti ötən il brendlər arasında qiymət müharibəsinə son verdikdən sonra bu ölkədə Çin maşınları da hiss ediləcək həddə bahalaşıb.
Avropanın əsas avtomobil istehsalçısı olan Almaniyada orta qiymət 40 min avrodur.
Vüqar
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












