Avtomobilin qalıq dəyəri: BİR MODELDƏ YÜKSƏK, DİGƏRİNDƏ AŞAĞI

Avtomobil alan sürücülərin çoxunu belə bir sual düşündürür: bu maşını satanda nə qədər ziyana düşəcəm? Sualın iqtisadi və texniki əsaslandırması var. Bu məsələ elmi dildə qalıq dəyər adlanır – ingiliscə “residual value”.
Avtosfer.az xəbər verir ki, avtomobilin qalıq dəyəri modelin bazarda nə dərəcədə nüfuz qazanmasından asılıdır. Başqa sözlə, dəyəri bazar müəyyən edir və bu da ölkəyə görə dəyişir. Məsələn, Avropa bazarında ən yüksək qalıq dəyəri “Mercedes”, “Renault” və “Opel”ə xasdırsa, Afrikada bu sahədə rəqibsiz lider “Toyota”dır. Xüsusən də RAV 4.
Rusiyalı ekspertlər avtomobillər üçün qalıq dəyərinin kilometrlə ifadəsini tapıblar. Bunun üçün MDB məkanında istismar vəziyyəti və ən geniş yayılmış modellər nəzərə alınıb. İllik orta yürüş həddi 15 min km götürülüb, taksilər istisnadır.
Məlum olub ki, Yaponiya modellərində qalıq dəyəri 250 min kilometrədək saxlayır. Avropa maşınılarında göstərici 230 min kilometrdir.
MDB məkanındakı Amerika maşınlarının qalıq dəyər üçün son müddəti 160 min kilometrdir.
Nəhayət, qalıq dəyərini ən tez itirən texnika Çin istehsalı olan avtomobillərdir – 70 min kilometr.
Amma bir vacib məqam da var. Təqdim etdiyimiz statistika ümumidir. Eyni modeli bir sürücü 10 il saz vəziyyətdə istismar edə bilsə də, digər sürücü cəmi 1 ilə metal tullantısına çevrə bilər.
Vüqar
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












