Avtomobilin rəngi insan xislətini göstərirmi?

Avtomobilin rəngi təkcə texniki göstərici deyil, həm də psixoloji vəziyyəti göstərən faktdır.
Avtosfer.az xəbər verir ki, baş ofisi Los-Ancelesdə yerləşən BASF təşkilatı avtomobil rəngi ilə sürücü xarakteri arasında əlaqəni üzə çıxarıb.
Təşkilatın psixoloqları bildirirlər ki, maşının rəngi ilk təəssüratı formalaşdıran amildir. Son statistikaya görə, dünyadakı maşınların 80 faizini axromatik (ağ, qara, boz, gümüşü) rənglər təşkil edir.
Axromatik rənglər avtomobil sahiblərinin praktikliyini və konservatizmini göstərir. Neyrofizioloqların fikrincə, qırmızı rəng adrenalini stimullaşdırır, mavi stresi azaldır, yaşıl diqqəti artırmağa kömək edir.
Avtomobil istehsalçıları isə bir məsələdə həmrəydirlər: rəng avtomobilin texniki göstəricilərinə heç bir təsir göstərmir. Lakin isti ölkələrdə ağ avtomobil almaq daha məqsədəuyğundur. Ağ rəngdə olan maşınların salonu yayda daha gec qızır ki, bu da sırf fiziki qanundur.
Vüqar
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












