Avtomobilin uzun müddət hərəkətsiz qalmasından yaranan problemlər

Avtomobilin uzun müddət istifadə edilməməsi bir sıra tipik nasazlıqlara səbəb ola bilər. Avtosfer.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə avtoekspert Sergey Fastov "Lenta.ru"ya bildirib. Ekspertin sözlərinə görə, ən çox rast gəlinən problem akkumulyatorun boşalmasıdır. Bəzi hallarda batareyanın gücü yalnız avtomobilin qapılarını açmağa yetir. Bu isə təbii öz-özünə boşalma və ya gözəçarpmaz elektrik sızmaları ilə əlaqədar baş verir. Fastov bu problemin həlli üçün kompakt işəsalma qurğularından istifadə etməyi tövsiyə edir. Digər geniş yayılmış problem şinlərdə təzyiqin azalmasıdır. Bu hal təkərlərdə yaranan mikroçatlarla və ya təkərin disklə tam oturmaması ilə bağlı ola bilər. Ekspert şinlərin ən gec beş ildən bir dəyişdirilməsini və disklərin vəziyyətinə daim nəzarət olunmasını məsləhət görür. Uzun müddət dayandıqdan sonra avtomobilin altında mühərrik yağının sızması da müşahidə oluna bilər. Bunun səbəbi köhnəlmiş salniklər, contalar və ya karter altlığının aşınmasıdır. Ləkələr aşkar edildikdə sızmanın mənbəyi tapılmalı, problem aradan qaldırılmalı və yağ səviyyəsi bərpa edilməlidir. Fastov qeyd edib ki, uzun fasilədən sonra mühərrikin ilk işə salınması zamanı kənar səslər eşidilə bilər. Bunun səbəbi yağın karterə axması və bəzi detalların qısa müddət yağsız işləməsidir. Adətən mühərrik isinən kimi səslər yox olur. Lakin səslər davam edərsə, texniki diaqnostika zəruridir. Ekspertin sözlərinə görə, asqı sisteminin elementləri də uzun müddət istifadəsiz qaldıqda çirkin donması və ya paslanma səbəbindən səs sala bilər. Bir neçə gün ərzində səslər kəsilməzsə, avtomobilin qaldırıcıda yoxlanılması tövsiyə olunur.
Bundan əlavə, mühərrikin ilk işə salınması zamanı egzoz borusundan qara tüstünün çıxması silindrlərə yağın daxil olmasından xəbər verə bilər. Bu, məsələn, halqaların yapışması ilə bağlı ola bilər. Fastov mühərriki bir müddət işlətməyi və 200–300 kilometr yürüşdən sonra onun vəziyyətini qiymətləndirməyi məsləhət görür.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












