Avtomobilini utilizasiya etdirmək istəyənlərə ŞAD XƏBƏR

Məlum olduğu kimi ölkəmizdə istismar müddəti başa çatmış avtomobillərin ötən ildən utilizasiyasına başlanılıb. Bununla bağlı Azərbaycan Respublikasının Prezidentinin 2024-cü il 27 yanvar tarixli 4279 nömrəli Sərəncamı ilə nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılıb. Ötən müddət ərzində də 15 mindən artıq avtomobil utilizasiya edilib.
Amma proses heç də nəzərdə tutulduğu kimi getmir. Bunun bir sıra səbəbləri var. Əsas səbəbsə odur ki, xidmət əlçatan deyil. Fondun yalnız Bakıda və Gəncədə qəbul şöbələri var. Bu da o deməkdir ki, digər bölgələrdəki avtomobil sahibləri Bakı və Gəncəyə yararsız avtomobilinin gətirmək üçün xeyli xərc çəkməlidirlər. Bəzən yol xərci utulizasiya üçün ödəniləcək vəsaitin yarısı qədər olur.
Bu isə haqlı narazılıq yaradır.
Məsələ ilə bağlı utilizasiya prosesinin həyata keçirən “Fors” MMC ilə əlaqə saxladıq. Qurumdan Bizim.Media-ya bildirildi ki, insanların narahatlığı başadüşüləndir:
“Hələlik bizim yalnız iki qəbul şöbəmiz var. Ona görə də avtomobil sahibləri çox gözəl başa düşürük. Çünki köhnə avtomobili gətirmək üçün xeyli yol xərci lazımdır. Ona görə də əhalinin narazılığını nəzərə alaraq, növbəti ildən şöbələrin sayını artırmaq haqqında düşünürük. Belə ki, ölkə üzrə regional şöbələr yaradılacaq. Bundan sonra, bölgələrdəki avtomobil sahibləri daha Bakı və Gəncəyə yox, ən yaxın qəbul şöbələrinə müraciət edəcəklər. Bu da onların xərclərini və vaxt itkilərini xeyli azaldacaq”.
Qurumdan o da bildirildi ki, utilizasiya prosesi pis getmir:
“Fəaliyyətə başlamamızın hələ bir ili tamam olmayıb. Bununla belə 16 mindən artıq istismara yararsız avtomobil qəbul etmişik”.
Qeyd edək ki, utilizasiya qiymətləri Nazirlər Kabinetinin müvafiq qaydası ilə tənzimlənir.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












