Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz

Rusiyada yeni avtomobillərin qiymətinin payız aylarında artacağı gözlənilir.
Avtosfer.az xəbər verir ki, avtomobil eksperti Nikolay İvanov sentyabr ayında yeni avtomobillərin qiymətinin avqustla müqayisədə təxminən 3-5 faiz arta biləcəyini bildirib.
Ekspertin sözlərinə görə, sentyabr ənənəvi olaraq avtomobil satışlarının yüksək mövsümünün başlanğıcı hesab olunur və bu dövrdə alıcı aktivliyi artır. Lakin bu il bazardakı vəziyyət ötən ildən fərqlənir. Ötən il avtomobil anbarlarında artıq ehtiyatlar olduğu halda, hazırda stoklar daha balanslıdır.
İvanov hesab edir ki, tələbin artması fonunda avtomobillərin qiymətini aşağı salmaq üçün ciddi iqtisadi əsas yoxdur. Bundan əlavə, dollar, avro və yuanın məzənnəsindəki dəyişikliklər idxal olunan avtomobillərin qiymətinə təsir göstərir.
Ekspertin diqqət çəkdiyi digər məqam isə endirimlərin və satışları stimullaşdıran digər güzəştlərin azalmasıdır. Onun sözlərinə görə, rəsmi qiymət dəyişməsə belə, alıcı üçün avtomobilin yekun qiyməti daha yüksək ola bilər./publika.az
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO












