Avtomobillərdə mis alüminiumu əvəzləyir – SƏBƏB - FOTO

İqtisadiyyat xəbərlərində tez-tez misin bahalaşdığını eşidirik. Artıq birjalarda bu qırmızı metalın 1 tonunun qiyməti 12 min dolları ötüb. Ötən il rəqəm 8000 dollar idi. Bu da misə böyük tələbatın olduğu avtomobil sənayesini çətin vəziyyətə salır.
Avtosfer.az “Bloomberg”ə istinadla xəbər verir ki, çıxış yolu kimi istehsalçılar mis naqilləri alüminiumla əvələyirlər. Buna Çin maşınlarında daha çox rast gəlinsə də, Avropa üçün yad praktika deyil. Bəs nəticə necə olur?
Alüminium misdən 3 dəfə yüngül olduğu üçün avtomobillərin kütləsi azalır. Bu da elektromobillər üçün xüsusən vacibdir. Alüminium kabeldən istifadə avtomobili ciddi konstruksiya dəyişikliyi aparmadan 10 kiloqramdan çox yüngülləşdirməyə imkan verir. Elektromobillərdə isə kütləni 20 faizədək azaltmaq mümkün olur. Beləliklə, nəqliyyat vasitəsinin həm maya dəyəri, həm də kütləsi azalır. Bəs işin mənfi tərəfi varmı?
Əvvəla, eyni ölçüdə alüminium kabelin keçiriciliyi mis kabelin keçiriciliyinin 60 faizi qədərdir. Buna görə də eyni həcmdə cərəyanı ötürmək üçün alüminium kabel daha qalın olmalıdır. Digər tərəfdən, alüminium oksidləşməyə daha meylli olduğundan izolyasiya daha qalın, ştekerlər böyük olmalıdır.
İqtisadçılartın qənaətinə görə dünyada misin əlçatanlığı azaldığı üçün avtomobil istehsalçıları alüminiuma keçməyə məcburdur.
Vüqar Yaşaroğlu

Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












