Avtomobillərin arxa və yan şüşələrində pərdəyə icazə verilir – VİDEO

Növbəti ayın 1-dən etibarən Azərbaycanda avtomobillərin arxa yan şüşələrinə pərdə və jalüz vurmağa icazə veriləcək. Avtosfer.az xəbər verir ki, bunun üçün də pərdələrin satışı artıb. Amma sürücülər diqqətli olmalıdır. Çünki qaydalara uyğun olmayan avadanlıqlardan istifadə edənlər 150 manat məbləğində cərimlənə bilər. Mayın 1-dən etibarən avtomobillərə sənaye üsulu ilə hazırlanmış pərdə və jalüzlərin vurulmasına icazə veriləcək. Elə buna görə də belə pərdələrin satışında artım müşahidə edilir.
Xüsusən də maqnit adalandırlan və rahatlıqla qatlana bilən avtomobil pərdələrinə tələb böyükdür. Hər bir pərdə avtomobilin modelinə uyğun şəkildə yığılır və sifarişlə hazırlanıb avtomobilin üzərinə taxılması cəmi 15 dəqiqə çəkir. Avtomobil üçün jalüzlərin qiyməti 25-40 manat arasında dəyişir. Ekspertlər isə sürücülərə xəbərdarlıq edir. Qanunvericiliyə uyğun olmayan avadanlıqdan istifadə edənlər 150 manat cərimlənə bilər.
Qeyd edək ki, ölkəmizdə avtomobilin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüz və pərdələrin istifadəsinə noyabrın 15-dək icazə verilir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












