Avtomobillərin ekranında oyun oynamaq dövrü başlayır - FOTO

Texnologiya nəhəngi "Google" tərəfindən hazırlanmış "Android Auto" əməliyyat sistemi avtomobil əyləncələri sahəsində irəliləyişə imza atıb. Belə ki, artıq "Android Auto 14.1"in yeni beta versiyası sensor ekranla təchiz edilmiş avtomobilin media sistemində birbaşa oyunların işə salınmasını dəstəkləyir.
Avtosfer.az xəbər verir ki, bu barədə "9to5Google" nəşri xəbər yayıb.
Bildirilir ki, funksiya sürücülər və sərnişinlər üçün dayanacaqlar və parklama zamanı sevimli oyunlarından həzz almağa imkan verir.
Hazırda dörd populyar oyun mövcuddur: "Candy Crush", "Angry Birds", "Farm Heroes Saga" və "Beach Buggy Racing".

"Android Auto" tərtibatçıları təhlükəsizliyi də nəzərə alıblar: Oyunlar yalnız avtomobil hərəkətsiz vəziyyətdə olduqda işləyir. Nəqliyyat vasitəsi hərəkətə başlayanda oyun dərhal bağlanır və yenidən başlatmaq mümkün olmur.
Avtomobildə oyunlardan istifadə üçün əvvəlcədən onları "Android Auto" ilə əlaqələndirilmiş smartfona yükləmək lazımdır. Bütün oyunlar tam ekran rejimində açılır, maksimum immersiya və idarəetmə rahatlığı təmin edir. Bort kompüterinin idarəetmə elementlərinə daxil olmaq üçün ekrana toxunmaq və aşağı sürüşdürmək kifayətdir.(oxu.az)
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTOLAR
Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat











