Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO

Marka və modelə görə qiyməti 300 manatdan 3 min manata qədər dəyişir.
Avtosfer.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət avtomobilin katalitik çeviricisindən, yəni katalizator kimi tanınan detaldan gedir. Son vaxtlarda avtomobilin bu detalının ikinci əl alşç-satışının elanları artıb. Əsasən də sosial şəbəkələrdə satılan katalizatorların qiyməti marka və modelə görə dəyişir
Avtomobil ustası Cəlil Əhmədov deyir ki, yüksək qiymət həmin detalın tərkibindəki metala görədir.
Qiymətli metalların miqdarı isə bütün katalizatorlarda eyni deyil. Buna görə də detalın satış qiyməti avtomobilin markası, modeli, mühərrikinin tipi və katalizatorun konstruksiyasından asılı olaraq dəyişir. Ancaq katalizatoru çıxarıb satmaq avtomobillə yanaşı ekologiyaya da ciddi zərər vurur.
Mütəxəssislər qeyd edirlər ki, katalizatorun çıxarılması bəzi avtomobillərdə mühərrikin idarəetmə sistemində xəta işığının yanmasına, oksigen sensorlarının göstəricilərində dəyişikliklərə və mühərrikin iş rejiminə də təsirə edə bilər. Yəni detalın satışından əldə olunan gəlir sonradan avtomobilin texniki vəziyyətinin bərpası üçün əlavə xərcə çevrilə bilər.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












