Avtomobillərin ölkədə qalma müddəti ilə bağlı məhdudiyyət ləğv edilə bilər

“Azərbaycana daxil olan nəqliyyat vasitələrinin ölkədə qalma müddəti ilə bağlı gömrük qanunvericiliyində nəzərdə tutulmuş məhdudiyyətin ləğvi nəzərdə tutulur”. Avtosfer.az-ın “Report"a istinadən məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Hüquqi Təminat İdarəsinin rəisi Sənan Muxtarov "Gömrük İslahatları və Modernləşdirmə" mövzusunda keçirilən təlimdə bildirib. Onun sözlərinə görə, hazırda qüvvədə olan qaydaya görə, Azərbaycana daxil olan nəqliyyat vasitələri 90 gün ərzində ölkəni tərk etməli, Azərbaycanı tərk edən nəqliyyat vasitələri isə 2 il müddətində ölkəyə geri qayıtmalıdır. "Turizmin inkişafına dəstək məqsədi ilə bu müddətin ləğv edilməsi üçün gömrük qanunvericiliyində dəyişiklik nəzərdə tutulub. Müvafiq təklif artıq hökumətə göndərilib. Təklif təsdiqləndiyi halda bu müddətin ləğv edilməsi planlaşdırılır”, - deyə DGK rəsmisi qeyd edib.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












