Avtopilot rejimində sürücü sükanı buraxıb yata bilərmi? - BEYNƏLXALQ TƏCRÜBƏ

Avtomobil eksperti Şahin Göyləroğlu son vaxtlarda Azərbaycanda yaranmış təhlükəli tendensiyaya toxunub. Avtosfer.az saytında yayılmış videoda ekspert bəzi Çin avtomobili sürücülərinin avtopilot rejimindən sui-istifadə etməsini pisləyir. Hörmətli ekspert haqlı olaraq bildirir ki, bu cür “şou göstərənlər” yollarda real ölüm mənbələrdir. Biz də Şahin bəyin fikrilərini bölüşürük. Bəs beynəlxalq təcrübə buna nə deyir?
Xarici ekspertləri, başqa dillərdə olan elmi ədəbiyyatı nəzərdən keçirdikdə məlum olur ki, avtonom idarəetmə heç də yeni deyil. Sadəcə olaraq bu sistem Azərbaycanda çinli istehsalçılar sayəsində kütləviləşib. Amma bu məsələ üzərində iş yarım əsrdən çoxdur davam edir.
Əlçatanlıq baxımından Çin maşınları çoxunun büdcəsinə uyğun olsa da, texnologiya baxımından Avropa və ABŞ texnikasından geri qalır. Konkret desək, Almaniya və ABŞ-da avtonom sistemlərin 3-cü və daha sonrakı nəsli tətbiq edildiyi halda, Çin hələ 2-ci nəsli təkmilləşdirir. Bununla belə, hələ ki, heç bir ölkə sürücünün maşına komanda verib öz işi ilə məşğul olmasına icazə vermir.
Məsələn, ABŞ-da 2025-ci ilin sentyabrında çıxarılmış hökmlə Tesla şirkəti avtopilot rejiminin xətası nəticəsində piyada ölümünə görə 242 milyon dollar cərimələnib. Bundan 3 ay əvvəl isə şirkət avtopilot sisteminin aldadıcı reklamına görə 50 min avro cərimələnmişdi. Məhkəmə, həmçinin şirkətdən sistemi təkmilləşdirməyi tələb etmişdi.
Avtopilot sistemindən sui-istifadə təkcə bizim üçün spesifik deyil. Bir çox Avropa ölkəsində bununla bağlı qanunvericiliyə dəyişiklik edilib. Məsələn, Fransanın Yol hərəkəti məcəlləsinin 121-ci maddəsinə görə sürücü idarə etdiyi avtomobillə baş vermiş hadisələrə görə birbaşa məsuliyyət daşıyır. Sadə dillə desək, köhnə avtomobil sürənlə son model maşın sürən şəxsin eyni qayda pozuntusuna görə məsuliyyəti eynidir. Kimsə avtomatik idarəetməyə arxayın olub telefonla danışa, yaxud yata bilməz.
İsveçrə qanunvericiliyinə 2025-ci ildə edilmiş dəyişikliyə görə avtopilot rejimindən sui-istifadə cinayət məsuliyyəti yaradır. Ən mükəmməl avtopilot rejimi (3-5-ci nəsil) işlək olduğu halda belə, sayıqlığı itirən sürücü cəzalandırılır. Bu cəzaya cərimə, həbs və avtomobilin müasdirə edilməsi daxildir. Cərimə isə bir qayda olaraq gəlirə uyğun hesablanır və 1 gün üçün 30 – 3000 frank (60 – 6000 manat) arası dəyişir.
Almaniyada da avtopilot rejimində sui-istifadəyə görə oxşar cəzalar tətbiq edilir.
Bir sözlə, hələlik heç bir ölkə sürücünün gedəcəyi istiqaməti ekranda seçərək maşına komanda verməsini, özünün isə oyun çıxarmasını qəbul etmir.
Vüqar Yaşaroğlu
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












