“Avtovaz” bu modelin istehsalını dayandırdı – SƏBƏB

Qərbin sanksiyaları Rusiyanın avtomobil istehsalçıları üçün gülməli vəziyyət yaratmaqda davam edir.
Avtosfer.az xəbər verir ki, bu dəfə maraqlı situasiya ilə Avtovaz üzləşib. Şirkət sanksiyaya qədər Yaponiyadan alınmış dördpilləli “Jatco” markalı avtomat ötürücülərini dəyərləndirmək üçün apreldə “Granta” modellərinin avtomat ötürücülü versiyasının istehsalına başlamışdı. İstehsalçı həm bu yolla “sanksiyaya qalib gəlditini” göstərmək, həm də anbarda yığılıb qalan detallardan qurtulmaq istəyirdi.
İlk vaxtlar avtomat ötürməli maşına tələbat yüksək olsa da, sonradan sabitləşmə qeydə alındı. Bu həftə isə şirkət artıq avtomat ötürücülü “Granta” istehsal etmədiyini bildirib. Məlum olub ki, anbardakı 5000 ədəd “Jatco” sürət qutusu tükənib. İndi bu model yalnız yerli istehsal olan beşpilıləli mexaniki ötürmə ilə istehsal edilir.
Şirkətdən bildirilib ki, avtomat ötürməli “Lada Granta” təkrarən 2026-cı ildə istehsal ediləcək. Lakin bu dəfə Çin variatoru ilə.
Maraqlıdır ki, “Jatco” markalı avtomat ötürücülər zəmanət müddətində sıradan çıxmış transmissiyaları əvəz etmək üçün nəzərdə tutulmuşdu. Lakin qurğunun kifayət qədər etibarlı olduğunu və zəmanət müddətində ciddi şikayət daxil olmadığını görən şirkət belə bir yola əl atdı. Bəs görəsən indi xarab olmuş “Jatco” markalı avtomat ötürücüləri zəmanət müddətində nə ilə dəyişdiriləcək?
Vüqar
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












