"Avtovaz" rəhbərliyinin ay ərzində ikinci gecikmiş etirafı

Rusiyanın Avtovaz şirkəti rəsmi olaraq dördgünlük iş həftəsinə keçib.
Avtosfer.az xəbər verir ki, bu keçidlə bağlı söz-söhbət hələ iyul ayından dolaşsa da, rəhbərlik bunu ciddi-cəhdlə təkzib edirdi. İndi isə idarə heyətinin qərarı əməkdaşlara emal edilib.
Dördgünlük iş rejiminə keçməklə rəhbərlik həm anbarları boşaltmağı, həm də vəsaitə qənaət etməyi hədəfləyir. İstehsal edilmiş avtomobilləri yığmaq üçün əlavə icarəyə götürülmüş yerlər şirkətə əlavə maliyyə yüküdür. Avqustdakı korporativ məzuniyyət də bu yerləri tam boşaltmağa imkan verməyib. Satışların azaldığı dövrdə iş günlərini azaldaraq maaşları aşağı salmaq mümkündür.
Qeyd edək ki, bu, ay ərzində şirkətin ikinci etirafıdır. İstehsalın azaldılması barədə söz-söhbəti ayın əvvəlində təkzib edən şirkət rəhbərliyi ötən həftə etiraf etmişdi. Qısa iş həftəsinə keçid ikinci etirafdır. İndi qalır bir etiraf: zavod ərazisində vatsapın bloklanması. Hələlik işçilər zavod ərazisində tətbiqə girişin ötən aydan məhdudlaşdırıldığını desələr də, rəhbərlik təqsiri mobil operatorların üzərinə atır.
Vüqar
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












