Avtoyuma işçisi müştərinin "Mercedes"i ilə qəza törətdi: vəziyyəti ağırdır

Şəki rayonunda baş verən yol qəzasının təfərrüatı məlum olub. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, qəzanı törədən Təbriz Eyvazov şəhərdə fəaliyyət göstərən avtoyuma məntəqəsinin işçisi olub. O, müştərinin ona yuyulmaq üçün gətirdiyi "Mercedes" markalı avtomobili sahibindən icazəsiz götürüb və yaşadığı ünvan istiqamətində hərəkət edib. İdarəetməni itirən T.Eyvazov maşını yol kənarındakı ağaca çırpıb. Faktla bağlı araşdırma aparılır.
***18:59
Şəki rayonunda yol qəzası baş verib. Hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb. Belə ki, Şəki şəhər Bağbanlar küçəsinin sakini, 1998-ci il təvəllüdlü Təbriz İmran oğlu Eyvazov idarə etdiyi minik avtomobili ilə yol qəzası törədib. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, açıq kəllə-beyin travması diaqnozu qoyulan T.Eyvazov Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR













