Azərbaycan avtomobil idxalını 3 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 5 310 ədəd avtomobil gətirilib. Dövlət Gömrük Komitəsindən (DGK) Avtosfer.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 367 ədəd və yaxud 2,73 dəfə çoxdur. Ölkəyə gətirilən avtomobillərin 23 ədədi və yaxud 0,43%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 4 785 ədədi və yaxud 90,11%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 477 ədədi və yaxud 8,98%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 25 ədədi, yaxud 0,47%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Ötən ilin ilk 4 ayına nisbətən sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 3 ədəd və yaxud 11,54% azalıb, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 2,95 dəfə və yaxud 3 165 ədəd artıb, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 209 ədəd və yaxud 1,78 dəfə artıb. Əvəzində xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 4 ədəd və yaxud 13,79% azalıb.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












