Azərbaycan Çindən hibrid avtomobillərin idxalını kəskin artırdı

Ötən il Azərbaycan 1 milyard 428,23 milyon ABŞ dolları dəyərində 73 678 ədəd hibrid avtomobil (daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edib.
Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 2,8 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 1 milyard 132,54 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3,6 dəfə çox) 62 min 488 ədəd (+4,8 dəfə), Yaponiyadan 93,31 milyon ABŞ dolları dəyərində (-2 %) 5 min 31 ədəd (-23 %), Cənubi Koreyadan 69,6 milyon ABŞ dolları dəyərində (+81 %) 2 min 903 ədəd (+69 %), Amerika Birləşmiş Ştatlarından 46,51 milyon ABŞ dolları dəyərində (-25 %) 1 min 718 ədəd (+3,6 %), Almaniyadan 36,91 milyon ABŞ dolları dəyərində (-54 %) 615 ədəd (-52 %) hibrid avtomobili alıb.Ötən il Azərbaycan 1 milyard 428,23 milyon ABŞ dolları dəyərində 73 678 ədəd hibrid avtomobil (daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edib.
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












