Azərbaycan-İran avtomobilləri beynəlxalq sərgidə nümayiş etdiriləcək

"Xəzər" Azərbaycan-İran birgə zavodunun avtomobilləri avqustun 31-dən sentyabrın 9-dək "Moskva Beynəlxalq Avtomobil salonu" sərgisində təqdim olunacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə zavodun sahiblərindən biri olan “AzərMaş” şirkətindən bildiriblər. Qeyd olunub ki, sərgi Ümumdünya Avtomobil İstehsalçıları Assosiasiyasının (OICA) dəstəyi ilə keçiriləcək. Sərgidə şirkət Neftçala sənaye məhəlləsində yerləşən zavodda buraxılan "Khazar LD" və "Khazar SD" modellərini nümayiş etdirəcək. “AzərMaş”dan bildiriblər ki, bu, məqsədi Rusiya bazarını müasir və keyfiyyətli avtomobillərlə təmin etmək olan iri tədbirdir: "Öz növbəmizdə, biz Azərbaycan istehsallı avtomobillərin iri Rusiya bazarındakı potensial alıcıların marağına səbəb olacağına ümid edirik". Xatırladaq ki, 6 avqust 2016-cı il tarixində İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti Neftçala sənaye zonasında birgə zavodun yaradılması barədə saziş imzalayıblar. Layihənin ümumi dəyəri 24 milyon manat qiymətləndirilir. Yatırımların 75 faizini Azərbaycan tərəfi, 25 faizini isə İran təmin edəcək. Zavodun illik istehsal gücü gələcəkdə 10 min avtomobil təşkil edəcək. Avtomobillərin Ukrayna, Rusiya və Orta Asiya ölkələrinə ixracı planlaşdırılır.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












