Azərbaycan karbamid ixracı üçün BTQ-dən istifadə edəcək

Azərbaycanın dövlət şirkəti SOCAR Gürcüstana və Türkiyəyə karbamid ixracı üçün Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunu istifadə etməyi planlaşdırır. Avtosfer.az xəbər verir ki, bu barədə “Trend”ə karbamid zavodunun direktoru Xəyal Cəfərov deyib.
X.Cəfərov bildirib: "Bizim əsas bazarımız Türkiyədir. Biz Türkiyəni araşdırdıq və məlum oldu ki, bu ölkəyə karbamid əsasən Misirdən və qismən Rusiyadan gedir. Amma bizim logistika kimi üstünlüyümüz var. Bundan əlavə, 2020-ci ildən sonra karbamidə tələbat hər yerdə artacaq".
Direktor qeyd edib ki, bu yaxınlarda istismara buraxılan BTQ dəmir yolu Azərbaycandan Gürcüstana və Türkiyəyə malların tez çatdırılmasına imkan verəcək: "Logistikanı nəzərə alaraq, biz BTQ-nı istifadə etməklə çox rəqabət qabiliyyətli olacağıq".
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












