Azərbaycan Rusiyadan 1745 avtomobil ixrac edib

2018-ci ilin 8 ayının yekunlarına görə, Rusiya Azərbaycana 1745 avtomobil ixrac edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, “AVTOSTAT” analitik agentliyinin məlumatına görə, hesabat dövründə Rusiya istehsalı olan minik avtomobillərinin ixrac həcmi (Gömrük İttifaqına daxil olan ölkələr istisna olmaqla) 18.223 vahid təşkil edib. Əsas ixrac istiqamətləri arasında Çexiya seçilib. Onun payına ümumi sayın 23 faizi, yaxud 4198 avtomobil düşüb. Reytinq cədvəlində ikinci yeri Ukrayna (2803 ədəd) tutur, ilk üçlüyü Latviya (2223) tamamlayır. Bu ölkələrlə bərabər, Azərbaycanı və Özbəkistanı qeyd etmək olar. Ölkəmiz Rusiyadan 1745, Özbəkistan isə 1609 avtomobil idxal edib. Hesabat dövründə ən çox ixrac edilən avtomobil (4662 ədəd) “AvtoBAZ” şirkətinin buraxdığı LADA 4x4 avtomobili olub. İkinci yeri 4145 avtomobillə Skoda Octavia, üçüncü yeri 1781 avtomobillə LADA Vesta tutub. Rusiyanın ən çox ixrac etdiyi avtomobil modellərinin ilk beşliyini Volkswagen Polo (1341ədəd) və KIA Rio (769 ədəd) tamamlayıb.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












