Azərbaycan Rusiyadan ən çox avtomobi alan ölkələr arasındadır

Azərbaycan Rusiya avtomobillərini ən çox idxal edən ölkələr beşliyindədir. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, “AVTOSTAT” agentliyinin araşdırmalarına əsasən, bu ilin ilk səkkiz ayı ərazində Rusiyadan 18 min 223 ədəd avtomobil ixrac olunub. Azərbaycana bu avtomobillərin 9,6 faizi, daha dəqiq desək, 1745 ədədi idxal edilib. Qeyd edilib ki, idxalın əsas istiqamətlərindən biri Çexiyadır. Bu ölkəyə ilk səkkiz ay ərzində ümumi sayın 23 faizi - 4198 ədəd avtomobil idxal edilib. İkinci yerdə Ukrayna (2803 ədəd), üçüncü yerdə isə Latviya (2223 ədəd) qərarlaşıb. Ən çox ixrac edilən avtomobil “AVTOVAZ”ın istehsalı olan “LADA 4x4” modelidir. Bu avtomobildən ilk səkkiz ayda 4662 ədəd buraxılıb. İkinci yerdə 4145 ədədlə “Skoda Octavia” modeli qərarlaşıb. Üçüncü yeri “LADA Vesta” (1781 ədəd) tutub. İlk beşliyi “Volkswagen Polo” (1341 ədəd) və “KIA Rio” (769 ədəd) tamamlayıb.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












