Azərbaycana idxal edilən avtomobillərin yaş limiti azaldılacaq?

Bildiyimiz kimi, “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Nazirlər Kabinetinin Qərarı ilə 2023-cü ilin aprelindən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılıb.
Bəs, görəsən, müasir çağırışlar fonunda tətbiq edilən 10 yaş limitinin azaldılmasına ehtiyac varmı?
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, buna ehtiyac görmür:
“Çünki avtomobil istehsalçısı deyilik, Azərbaycanın daxili kütləvi avtomobil istehsalı yoxdur. Başqa ölkələrin müştərək zavodlarında avtomobillər yığılır. Buna görə də avtomobillər üçün qoyulan yaş həddi məqbuldur”.
Ekspert vurğulayıb ki, məhdudiyyət yalnız qəzalı avtomobillərə qoyula bilər:
“Avtomobil parkının yenilənməsi yalnız bu formada həyata keçirilə bilər. Azərbaycanda buna çox ciddi ehtiyac var. Çünki alverçilər ancaq ciblərini fikirləşirlər. Onlar üçün avtomobilin hansı vəziyyətdə olması, bunun ölkəyə ziyan vurması əhəmiyyətli deyil. Qəzalı avtomobilləri ölkəyə gətirib kosmetik dəyişikliklərlə satırlar”.
E.Muradlının sözlərinə görə, Azərbaycan gələcəkdə avtomobil istehsalçısı olsa, yerli istehsalı stimullaşdırmaq üçün xaricdən gətirilən avtomobillərlə bağlı müəyyən məhdudiyyətlər tətbiq edilə bilər.
“Amma bu gün buna ehtiyac yoxdur. Əksinə imkan yaratmaq lazımdır ki, Azərbaycanda avtomobil parkı yenilənsin, köhnə avtomobillərin yığışdırılması ilə bağlı stimullaşdırıcı addımlar atılsın, yeni, xüsusən hibrid, elektikli avtomobil gətirənlərə müəyyən güzəştlər edilsin”, - deyə o qeyd edib.(trend.az)
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












