Azərbaycanda 3 minə maşın: Belə alırlar

Avtomobil satışı bazarlarında alıcıların tez-tez müraciət etdiyi ünvanlardan biri də kreditorlardır. Adətən, onlar bazarların içərisində müştərilərə vizitkart təqdim etməklə, istənilən avtomobilin kreditlə alışını həyata keçirir. Bu cür kredit təşkilatlarının əksər hissəsi müştərilərdən iş yeri və yaxud daimi gəlir tələb etmir.
Məlum olub ki, hər hansı avtomobili almaq istəyən şəxs kreditora müraciət etməklə, maşının qiymətində olan məbləği kreditlə götürür və daha sonra aylıq müəyyən edilmiş formada ödəniş edir. Bankların tətbiq etdiyi yüksək faizləri nəzərə aldıqda, (ən az 10 faiz) bu kredit üsulu olduqca sərfəli hesab olunur. Digər tərəfdən, bankların tələb etdiyi kredit alışı üçün nəzərdə tutulan sənədlərin heç birinə ehtiyac olmur.
Nümunə üçün qeyd edək ki, 15 min manatlıq hansısa maşını ilkin ödəniş 3-5 min manat olmaqla, yerdə qalanı kredit formasında qaytarmaq olur. Qalan hissəni 24, bəzən isə 36 ayadək kredit formasında kreditora qaytarmaq mümkündür.
Hazırda avtomobil almaq istəyən sıravi vətəndaşların bir çoxu bu növ kreditorlara tez-tez müraciət edirlər. Belə kreditorların bəziləri isə nəzərdə tutulan məbləğin verilməsi müqabilində hansısa əşyanın və yaxud əmlakın girov qoyulması şərtini də önə sürürlər.
Maşın bazarında satışla məşğul olan realtorların fikrincə, alıcıların böyük əksəriyyəti məhz belə kreditorlara müraciət edir. Onların sözlərinə görə, bazarlarda kreditorların özlərinin satışa təqdim etdiyi və ilkin ödəniş olaraq qiymətin 50 faizini ödəmək şərti ilə kreditlə təklif olunan maşınlar da var.
(yenisabah.az)
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTOLAR
Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat











