Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR

Azərbaycanda avtomobil bazarında payız aylarında canlanma gözlənilir. Sentyabrın ortalarından etibarən alıcı fəallığının artması bazardakı qiymətlərə də təsir göstərə bilər. Lakin bütün avtomobillərin qiymətində eyni istiqamətdə dəyişiklik gözlənilmir. Xüsusilə istehsal ili köhnə, yürüşü yüksək və alıcı tələbatı nisbətən zəif olan avtomobillərin qiymətində endirimlər mümkündür.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının avqust ayı üzrə məlumatlarına görə, avtomobil bazarında median qiymət 16 800 manat təşkil edib. İyul ayı ilə müqayisədə bu göstərici 1,2 faiz azalıb. Eyni zamanda, bəzi məşhur modellərin qiymətində də ucuzlaşma müşahidə olunub.
Məsələn, LADA 2107-nin orta qiyməti 5 600 manatdan 5 500 manata düşüb. Hyundai Sonata 22 000 manatdan 21 800 manata, Chevrolet Cruze isə 13 300 manatdan 13 200 manata ucuzlaşıb. Kia Sorento və Hyundai Santa Fe modellərində də müvafiq olaraq 0,6 və 0,7 faiz ucuzlaşma qeydə alınıb. Bu tendensiyanın qarşıdakı aylarda da davam edəcəyi gözlənilir.
Mütəxəssislərin fikrincə, payızda xüsusilə bazarda çoxlu sayda təklif olunan və uzun müddət satılmayan avtomobillərdə qiymət endirimləri daha çox müşahidə olunacaq. İstehsal ili köhnə və yürüşü yüksək olan avtomobillərin sahibləri də satışları sürətləndirmək üçün qiymətləri aşağı salmağa məcbur qalacaqlar. Çünki belə avtomobillərə maraq daha məhdud olur və onların satılması üçün müəyyən güzəştlərə ehtiyac yaranır.
Bununla belə, tələbatın yüksək olduğu yeni və nisbətən yeni avtomobillərin qiymətində ciddi ucuzlaşma gözlənilmir. Buna görə də payız aylarında avtomobil almaq istəyənlər bazardakı elanları müqayisə etməli, avtomobilin yaşı və yürüşü ilə yanaşı, satış müddətinə də diqqət yetirməlidirlər.(Metbuat.az)
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












