Azərbaycanda avtomobil benzini istehsalı artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 706,7 min ton avtomobil benzini istehsal edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 30,6 min ton və ya 4,5% çoxdur.
Bu ilin iyulun 1-i vəziyyətinə görə ölkədə hazır avtomobil benzini ehtiyatı 41,7 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,903 milyard manat olmaqla, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 5,7 faiz azalıb.
Qeyd edək ki, "Oliver Wyman" beynəlxalq konsaltinq şirkətinin Azərbaycan və Mərkəzi Avrasiya üzrə rəhbəri Camal İsmayılov Trend-ə özəl müsahibəsində bildirib ki, Azərbaycanın iqtisadi inkişafının növbəti mərhələsində əsas prioritetlərdən biri enerji resurslarının daha dərin emalı və yüksək əlavə dəyərli məhsulların istehsalı olmalıdır. "Ən perspektivli istiqamətlərdən biri ənənəvi neft emalı deyil, dərin emal olunan neft-kimya məhsulları və yüksək əlavə dəyərə malik, texnoloji cəhətdən inkişaf etmiş neft-kimya məhsullarının istehsalıdır", – deyə o vurğulayıb.
Camal İsmayılovun sözlərinə görə, Azərbaycan karbohidrogen sektorundan maksimum iqtisadi səmərə əldə etmək üçün xammal istehsalından daha yüksək əlavə dəyər yaradan emal sahələrinə keçidi sürətləndirməlidir.
"Azərbaycanın iqtisadiyyatı daha sürətli artım və hətta növbəti on ildə ÜDM-in ikiqat artırılması üçün bütün zəruri resurslara malikdir. Lakin bunun üçün ilk növbədə yüksək marjalı, miqyaslana bilən və ixracyönümlü fəaliyyətlərə, xüsusilə xidmət sektoruna və enerji resurslarının dərin emalı sahələrinə qətiyyətli keçid zəruridir", – deyə o bildirib.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












