Azərbaycanda avtomobil ehtiyat hissələri bahalaşdı - VİDEO

İranla ABŞ arasındakı hərbi münaqişə avtomobil ehtiyat hissələri bazarına da təsir edib.
Avtosfer.az xəbər verir ki, regiondakı gərginlik logistik çətinliklər yaratdığından xüsusən də Dubaydan Azərbaycana idxal edilən avtomobil ehtiyat hissələrinin qiyməti artıb. Sahibkarların sözlərinə görə, xüsusilə Dubaydan Çin və Amerika istehsallı avtomobillərin gövdə və alt işlək hissələrinə aid detalların tədarükündə çətinlik yaranıb. Bu isə bazarda həmin məhsulların azalmasına və qiymətlərin 50-150 manat civarında artmasına səbəb olub.
Sahibkarlar bildirirlər ki, Yaxın Şərqdə yaranan gərginlik səbəbindən ehtiyat hissələri ilə yüklənmiş gəmilərin hərəkətində ciddi problemlər yaranıb. Alternativ marşururutlar isə avtomatik qiymətə təsir edir.
Bundan başqa, birbaşa uçuşların dayanması da məhsulların ölkəyə gətirilməsini çətinləşdirib. Nəticədə detallar Azərbaycana digər ölkələr üzərindən daşınır ki, bu da əlavə xərc deməkdir.
Sahibkarlar bildirirlər ki, bazarda bəzi hissələrin qıtlığı davam edərsə, yaxın aylarda qiymətlərdə əlavə artım da mümkündür.
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO












