Azərbaycanda avtomobillər bahalaşa bilər - VİDEO

Gürcüstanda son illərdə avtomobillərin sayı kəskin şəkildə artıb. 2012-ci ildə ölkədə 864 min nəqliyyat vasitəsi qeydiyyatda idisə, ötən il bu rəqəm 2 milyonu ötüb. Hökumət hesab edir ki, avtomobillərin sayındakı artım həm tıxacların çoxalmasına, həm də ekoloji vəziyyətin pisləşməsinə səbəb olur. Məhz buna görə də hökumət 6 ildən köhnə avtomobillərin Gürcüstana idxalına məhdudiyyət tətbiq etməyə hazırlaşır.
Avtosfer.az xəbər verir ki, avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, əgər Gürcüstanda daxili qeydiyyatla bağlı məhdudiyyətlər tətbiq olunarsa, iri avtomobil alıcıları alış prosesində daha ehtiyatlı davranacaqlar. Bu isə xüsusilə 6-10 il arası avtomobillər üzrə qısamüddətli təklifin azalmasına səbəb ola, qiymətlərin yüksəlməsinə gətirib çıxara bilər.
Ekspertin sözlərinə görə, Gürcüstan 2025-ci ildə ölkəyə 3 milyard 870 milyon dollar dəyərində avtomobil idxal edib. Həmin il ölkədən 2 milyard 800 milyon dollar dəyərində avtomobil yenidən ixrac olunub. O qeyd edib ki, ötən ilin sonundan etibarən yenidən ixrac edilən nəqliyyat vasitələrinin Gürcüstanda bahalaşması qiymətlərin müəyyən qədər artmasına gətirib çıxarıb.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












