Azərbaycanda bu avtomobillərə səsə görə cərimə düşmür – Standarta uyğundur

Son zamanlar super idman avtomobillərinin mühərrik səsinin çox yüksək olması səbəbindən onların Azərbaycan Respublikasının müvafiq standartlarına uyğun olmadığı və sözügedən avtomobillərin ölkə yollarında sürüşünə süni manelər yaradıldığı barədə müxtəlif fikirlər yaranıbr. Son zamanlar super idman avtomobillərinin mühərrik səsinin çox yüksək olması səbəbindən onların Azərbaycanın müvafiq standartlarına uyğun olmadığı, və sözü gedən avtomobillərin ölkə yollarında sürüşünə süni manelər yaradıldığı barədə müxtəlif fikirlər yaranıb. Bu mövzu ilə əlaqədar Avtosfer.az Azərbaycanda dünyanın ən məşhur idman avtomobilləri olan “Ferrari”, “Lamborghini” və “Aston Martin”in rəsmi və eksklüziv nümayəndəsi olan “Avtolüks Azərbaycan” MMC-nin nümayəndələrinə müraciət edib. Şirkətin nümayəndəsi avtomobillərin birmənalı olaraq istehsal olunarkən ixrac olunacaqları bazarların tələblərinə uyğunlaşdırıldıqlarını və Azərbaycana da Avropa bazarları üçün nəzrədə tutulmuş və ən son standartlara cavab verən avtomobillərin idxal edildiyini bildirdi. Bundan başqa, şirkət müştərilərinin tam əminliyini təmin etmək üçün mövzu ilə əlaqədar Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma İnstitutuna rəsmi məktubla müraciət edib. Məktuba cavab olaraq bildirilir ki, sözü gedən avtomobillər Azərbaycanda qüvvədə olan AZS ECE 051-2012 dövlət standartlarının tələblərinə uyğundur.
Qeyd edək ki, Azərbaycan Respublikasında icazə verilən səs hədlərinin minimumu 75 dB (A) olduğu halda şirkətin satışa çıxardığı avtomobillərdə maksimal səs həddi 73.2 dB (A)-dir.
Fərid
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur













