Azərbaycanda "Chevrolet Cobalt" istehsal ediləcək

Özbəkistan Azərbaycanda tam istehsal dövriyyəsinə malik avtomobil zavodunun tikintisinə başlayır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev bildirib.
Ümumi dəyəri 84,3 milyon ABŞ dolları olan bu layihəni "Azermash CP" və "Uzavtosanoat" SC şirkətləri həyata keçirir.
"Artıq əsas hazırlıq işləri başa çatdırılıb: təchizatçılar müəyyən edilib, texnoloji avadanlıqların və istehsal xətlərinin sifarişi verilib", - o deyib və əlavə edib ki, yeni istehsal kompleksində, xüsusən də, "Chevrolet Cobalt" modelinin istehsalı təşkil olunacaq.
X. Teşabayev qeyd edib ki, müəssisənin 2027-ci ilin ortalarında istismara verilməsi planlaşdırılır. Bundan sonra istehsal iriqovşaqlı yığımdan tam sənaye dövriyyəsinə keçəcək, bu da istehsal həcmini əhəmiyyətli dərəcədə artırmağa və avtomobil çeşidlərinin genişləndirməyə imkan verəcək.
Onun sözlərinə görə, Hacıqabuldakı avtomobil istehsalı layihəsi Özbəkistan və Azərbaycan arasında sənaye kooperasiyasının ən uğurlu nümunələrindən biridir: "2022-ci ildə "Chevrolet" avtomobillərinin və "Isuzu" avtobuslarının iriqovşaqlı yığımına başlanılması bu əməkdaşlığın yüksək potensialını təsdiqləyib və layihənin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.
Hazırda layihənin növbəti mərhələsinə – tam istehsal dövriyyəsinə malik zavodun tikintisinə start verilir. İkinci mərhələnin əsas vəzifələrindən biri istehsalın lokallaşdırma səviyyəsinin mərhələli şəkildə artırılmasıdır. Azərbaycanda istehsal olunan komponentlərin istifadəsinin genişləndirilməsi, yerli təchizatçılar şəbəkəsinin yaradılması və daha mürəkkəb texnoloji proseslərin mənimsənilməsi nəzərdə tutulur. Bu, ölkə daxilində yaradılan əlavə dəyərin artırılmasına, əlaqəli sənaye sahələrinin inkişafına və müasir avtomobil istehsalı ekosisteminin formalaşdırılmasına töhfə verəcək".
Qeyd edək ki, bu günədək Hacıqabulda fəaliyyət göstərən müəssisədə 9 mindən çox avtomobil yığılıb.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












