Azərbaycanda Çin avtomobilləri sürətlə çoxalır - RƏQƏMLƏR

Ötən il Azərbaycana idxal olunan yeni avtomobillərlə bağlı statistik göstəricilər açıqlanıb.
Avtosfer.az xəbər verir ki, Çin avtomobillərinin qiymət baxımından əlçatan olması, elektrik və hibrid modellərin artması, eləcə də texnoloji üstünlüklər bu markalara marağı xeyli artırıb.
Bu tendensiyanın yaxın illərdə də davam edəcəyi proqnozlaşdırılır.
Yeni avtomobillər arasında ən çox idxal edilən model “BYD Destroyer 05/Chazor” olub. Sözügedən model üzrə ölkəyə 10 186-dan çox avtomobil gətirilib. İkinci pillədə “Changan UNI-Z” qərarlaşıb (9 509 ədəd). Üçüncü yerdə isə “Nevo A05” modeli yer alıb (6 803). İlk beşlikdə həmçinin “Nevo Q07” (5 094) və “Nevo Q05” (3 250) modelləri də var.
Siyahıda “BYD Seal 05”, “Toyota Corolla Cross”, “Changan CS55”, “BYD Qin Plus” və “Chevrolet Cobalt” kimi modellər də yer alır.
Qeyd olunur ki, bəzi modellər üzrə idxal əvvəlki illə müqayisədə əhəmiyyətli artım göstərib. Markalar üzrə statistika da Çin avtomobil istehsalçılarının bazarda ciddi pay qazandığını göstərir. “BYD” ötən il 15 535 avtomobillə birinci olub. Onu “Nevo” (15 399) və “Changan” (13 386) izləyir. Dördüncü yerdə “Toyota” (6 926), beşinci pillədə isə “Hyundai” (1 889) qərarlaşıb. İlk onluqda həmçinin “Chevrolet”, “Geely”, “Li Auto”, “JAC” və “KIA” markaları da yer alıb./sfera.az
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












