Azərbaycanda dəhşətli qəza: 3 ölü, 3 yaralı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin və xəsarət alanların adları məlum olub.
Avtosfer.Az APA-ya istinadən bildirir ki, iyunun 14-də gecə saat 23:00 radələrində yolun 177-ci kilometrliyində, İsmayıllının Gəraybəyli kəndi ərazisində Göyçay sakini, taksi sürücüsü, 1970-ci il təvəllüdlü Çingiz Eminov idarə etdiyi "Merсedes" markalı minik avtomobili ilə Bakıdan sərnişinləri rayona gətirərkən qəflətən yoluna çıxan 2 baş inəyi vuraraq avtomobili aşırıb.
Hadisə zamanı sürücü Çingiz Eminov və adı hələ ki, məlum olmayan 18 yaşlı qız sərnişin hadisə yerində ölüb, biri uşaq olmaqla 4 nəfər ağır xəsarət alıb. Yaralılar Gəraybəyli kənd sakinlərinin köməyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılaraq Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, xəsarət alan şəxslər, Göyçay rayon sakinləri - 1992-ci il təvəllüdlü Vətənxan Gülçöhrə İlham qızı, onun azyaşlı oğlu, 2013-cü il təvəllüdlü Vətənxan Kamal Nejdət oğlu, 1993-cü il təvəllüdlü Abışova Nərmin Aqil qızı və bacısı 1992-ci il təvəllüdlü Abışova Bəyim Aqil qızı cərrahiyə və reanimasiya şöbələrinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Bəyim Abışovanın da dünyasını dəyişdiyi bildirilir.
Hazırda digər yaralıların vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












