Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR

Azərbaycan xalqı faşizm üzərində qələbəyə böyük töhfə verib. İkinci Dünya müharibəsi zamanı oğullarımız ön cəbhədə vuruşduğu halda, qadınlar zavodlarda, tarlada və ümumiyyətlə bütün ağır işlərdə onları əvəz edirdilər.
Avtosfer.az xəbər verir ki, müharibə başlayandan bir neçə gün sonra ölkədə onsiz da az sayda olan avtomobillər yığışdırlaraq ordunun ehtiyacı üçün səfərbər edildi. Yalnız bir neçə rəhbər şəxsin istifadəsi üçün və müəssisələrin balansında barmaqla sayılacaq qədər avtomobil qalmışdı.
Avtomobil olmamsına rəğmən sürücülük vəsiqələrinin verilməsi davam edirdi. BDYPİ-nin saytındakı məlumata diqqət edək: “İkinci Dünya müharibəsi dövründə Dövlət Avtomobil Müfəttişliyinin fəaliyyətində müəyyən çətinliklər yarandı. Müfəttişliyin sərəncamında texniki vasitələr, hətta xidməti istifadə üçün avtomobil yox idi. Sürücülük vəsiqəsi almaq istəyənlərin biliyi sual-cavabla qiymətləndirilirdi”.
Müharibə qurtardıqdan sonra ordunun balansında olan zədəli, nasaz yük avtomobilləri idarə və müəssisələrə paylandı. Yenidən yollarda “Zaxar”, “Polutorka” və “Studbeker”lər görünməyə başladı. Təbii ki, bu maşınlar artan ehtiyacı ödəmirdi. Bununla belə, təşkilatlar min bir əziyyət bahasına onları təmir etməyə çalışırdı.
Vüqar Yaşaroğlu
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
















