Azərbaycanda neçə “Tesla” avtomobili var? – QİYMƏTLƏR

Amerikalı milyarder İlon Maskın “Tesla” şirkətinin istehsal etdiyi bəzi avtomobillərin şin təzyiqinə nəzarət sistemində nasazlıq yaranıb. Bu barədə “Associated press” Agentliyi bildirib.
Agentliyin məlumatına görə, şirkət nasazlığı aradan qaldırmaq üçün təxminən 700 min elektrikli avtomobili geri çağırır. Nasazlıq əsasən 2024-cü il istehsalı “Cybertruck”, 2017-2025-ci illərdə istehsal olunan “Tesla Model S” və 2020-2025-ci illərdə istehsal olunan “Tesla Model Y” modellərində aşkarlanıb.
Bildirilir ki, bu modellərdəki monitorinq sistemi sürücünü aşağı təkər təzyiqi barədə xəbərdar etməyə bilər və bu problem qəza riskini artırır.
Qeyd edək ki, “Tesla” modelləri son illər dünya bazarında önəmli yer tutmağa başlayıb. Azərbaycanda da “Tesla” avtomobillərinin sayında artım var.
Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, 2024-cü ilin əvvəlində Azərbaycanda 244 ədəd “Tesla” avtomobili olub.
Bu, 2023-cü ilin əvvəlinə olan məlumatla müqayisədə 2 dəfədən çox artım deməkdir. Qeyd edək ki, həmin məlumata görə, Azərbaycanda cəmi 99 ədəd “Tesla” avtomobili var idi.
2024-cü ilin rəqəmləri açıqlanmasa da, “Tesla” avtomobillərinin sayında artım müşahidə edilir. Bakıda, həmçinin “Tesla” şirkətinin yeni istehsal etdiyi “Cybertruck” pikapı da görünüb.
Qeyd edək ki, “Tesla” avtomobillərinin qiyməti modelinə görə dəyişir. Şirkətin rəsmi saytına görə, “Tesla Y” modelinin qiyməti 31-38 min dollar arasında dəyişir. “Tesla S” modelləri 73-88 min, “Tesla X”lər 65-88 min, “Tesla Model 3″lər isə 29-42 min dollar arasındadır.
(milli.az)
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












