Azərbaycanda prezident seçkilərinin nəticələrinə yekun vurulub

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrinə yekun vurub. “Report” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında prezident seçkilərinin nəticələri ilə bağlı ümumi məlumat verilib, nəticələrə dair yekun protokolun tərtib edilməsi barədə qərar qəbul olunub. Yekun protokol tərtib olunub, sənəd Konstitusiya Məhkəməsinə təqdim ediləcək Konstitusiya Məhkəməsi də Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində, yəni aprelin 25-dək rəsmən elan etməlidir.
Aprelin 11-də keçirilmiş prezident seçkilərində ölkə üzrə olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 962 min 123 nəfəri (ümumi seçicilərin 74,30 faizi) səsvermədə iştirak edib. Səsvermənin nəticələrinə əsasən, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 % (3 milyon 397 min 664), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,02 % (119 min 390), öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3,12 % (123 min 6), Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3.03 % (119 min 674), Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1.38% (54 min 603), Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1.52 % (59 min 977), Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1.17 % (46 min 10), "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0.74 % (29 min 282) səs toplayıb.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












