Azərbaycanda QAZ markalı avtomobillərin istehsalına gələn il başlanılacaq

Rusiyanın "Qorko Avtomobil Zavodu" ASC (QAZ) ilə Azərbaycanın "Azərmaş" ASC-nin Hacıqabul Sənaye Məhəlləsində yerləşəcək birgə avtomobil zavodunun gələn ilin sonuna qədər inşa edilməsi və istismara verilməsi planlaşdırılır.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya şirkətinin Marketinq və satış Departamentinin direktoru Mixail Baxtarin məlumat verib.
Onun sözlərinə görə, tərəflər arasında ötən gün imzalanmış əməkdaşlıq memarandumuna əsasən, zavodda ildə təxminən 1 000 ədəd "QAZ" markalı, müxtəlif təyinatlı avtomobil yığılacaq. Ruslar azərbaycanlı tərəfdaşlarını lazımı qədər maşın hissəsi ilə təmin edəcək və Hacıqabulda yığım həyata keçiriləcək. Söhbət yüngül kommersiya maşınları - "QAZel Next", "QAZel Biznes", eləcə də orta tonnajlı yük maşını - "QAZon next"dən gedir. Bundan başqa, təcili tibbi yardım və məktəb maşınları üçün avadanlıqların istehsalı da nəzərdə tutulur. İstehsal prosesində Azərbaycanda hazırlanmış komponentlərdən istifadə edilməsi də planlaşdırılır.
"Azərbaycan çox gözəl bazardır. Ölkənin infrastrukturu müntəzəm olaraq inkişaf edir, yük və sərnişin daşımalarında böyük potensial görürük", - deyə o, qeyd edib.
Rusiyalı mütəxəssislərin fikrincə, Azərbaycanın logistika imkanları da genişdir. Bu isə "QAZ" maşınlarının Mərkəzi Asiya ölkələrinin bazarına çıxmasına şərait yarada bilər.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












