Azərbaycanda səfirliklərin avtomobillərinə verilən CƏZALAR

Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin əməkdaşları və onların ailə üzvləri tərəfindən yol hərəkəti qaydalarınım pozulduğu müşahidə edilir.
Belə ki, yol hərəkəti qaydalarının pozulması halları aşkar olunduqda, nümayəndəliyin avtonəqliyyat vasitəsi qanunçuluğun və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə dövlət yol patrul xidməti tərəfindən saxlanıla və yol hərəkətinin iştirakçılığından kənarlaşdırıla bilər.
Modern.az diplomatik nümayəndəliyin xidməti maşınlarının yol hərəkət qaydalarını pozduqları halda tətbiq olunan cəzaları araşdırıb.
Yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar polis orqanları tərəfindən rəsmiləşdirilən cərimələrin nümayəndəliyin əməkdaşları tərəfindən ödənilməsi arzuolunandır.
Ödənilməyən cərimələr ilə əlaqədar Nazirlik tərəfindən qaydaları pozmuş nümayəndəlik əməkdaşının və ya onun ailə üzvünün cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi üçün immunitetin götürülməsinə dair göndərən dövlətin xarici işlər orqanına müraciət göndərilir.
Nümayəndəliklərin nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməməsi ilə əlaqədar tətbiq olunan cərimələrdən azadolma hallarına da yol verilmir.
Belə ki, yol hərəkəti qaydaları əleyhinə inzibati xətaların törədilməsi ilə bağlı inzibati yurisdiksiyadan qarşılıqlılıq prinsipi əsasında azadolmanın tətbiqi nəqliyyat vasitələrini idarə edən nümayəndəliklərin diplomatik və konsul immunitetlərinə malik olmayan əməkdaşlarına şamil olunmur.
Nümayəndəliyin nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyən olunduğu təqdirdə isə nəqliyyat vasitəsini idarə edən şəxsin idarəetmədən dərhal kənarlaşdırılması və tibbi müayinədən keçirilməsi təmin olunur, nəqliyyat vasitəsi isə nümayəndəliyin digər əməkdaşına təhvil verilir və ya polis orqanları tərəfindən xüsusi avtodayanacağa aparılır.
Nümayəndəliklərin nəqliyyat vasitələrində Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmuş ön (yan) şüşələri üzərində görüntünü məhdudlaşdıran tündrəngli üzlüklər (plyonka), ön (yan) şüşələrinə vurulmuş qara üzlüklər, habelə müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan xüsusi çoxavazlı səs və sayrışan işıq siqnalları və ya sürəti ölçməyə maneçilik törədən, yaxud ölçməcihazlarının işinə mane olan antiradar və digər texniki vasitələr və yaxud operativ xidmətlərin nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri müəyyən olunduğu təqdirdə, polis orqanları tərəfindən həmin nəqliyat vasitələrinin yol hərəkəti iştirakçılığından kənarlaşdırılması və qeyd olunan vasitələrin sökülməsi təmin olunur.
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO












