Azərbaycanın Gürcüstandan avtomobil alışına çəkdiyi xərc 18 faiz azalıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 156 milyon ABŞ dolları dəyərində 5 713 ədəd avtomobil ixrac edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq - 37 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb. Hesabat dövründə Gürcüstan xarici ölkələrə 1,7 milyard ABŞ dolları dəyərində 70 972 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 17 % və 4,5 % çoxdur. Bu ilin ilk 8 ayında Gürcüstandan Qırğızıstana 884 milyon ABŞ dolları dəyərində 27 316 ədəd, Qazaxıstana 494 milyon ABŞ dolları dəyərində 28 962 ədəd, Tacikistana 63 milyon ABŞ dolları dəyərində 3 055 ədəd, Özbəkistana 41,6 milyon ABŞ dolları dəyərində 1 476 ədəd avtomobil tədarük edilib. Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,4 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












