Azərbaycanın Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 65,428 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 % azdır. Təkcə sentyabrda Türkiyə Azərbaycana 7,023 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 26,2 % azdır. 9 ayda Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 % artaraq 30 milyard 205 milyon ABŞ dollarına, sentyabrda isə 7,7 % artaraq 3,661 milyard ABŞ dollarına çatıb. Türkiyədən ən çox bu məhsulların idxalını Almaniya 4 milyard 944,121 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 37,8 % çox), Fransa 3 milyard 436,283 milyon ABŞ dolları (+16,1 %) və Böyük Britaniya 3 milyard 096,871 milyon ABŞ dolları (- 2,4 % az) dəyərində həyata keçirib.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












