Bakıda 3 il əvvəl sifarişə başlanan avtomobil satışa çıxarılır - "Galik"

Yay aylarında Azərbaycanda məşhur olan “Mercedes G Class” təqdim ediləcək. Bunu fins.az-a müsahibəsində “Mercedes-Benz” markasının Azərbaycanda rəsmi təmsilçisi “Avtokapital-Azərbaycan” şirkətinin baş direktoru Orxan Hacıyev deyib. Onun sözlərinə görə, model Azərbaycanda məşhur olsa da, digər modellərlə müqayisədə bazar payı çox aşağı olub. Belə ki, avtomobil sevərlər hətta 3 il əvvəl yeni "G Class"ın 2018-ci ildə buraxılacağını bilirdilər. Ona görə də satışda olan "G Class"ı almaq əvəzinə hətta 2015-ci ildə yeni modeli sifariş ediblər. Bu da modelin əvvəlki versiyalarının satışa təsir edib. O.Hacıyev bildirib ki, yeni modelin satışa çıxarılması ilə "G Class"ın bazar payı artacaq. Avtomobildə edilən yeniliklərə gəlincə, O.Hacıyev bildirib ki, "G Class"ın kuzovunda 1979-cu ildən demək olar ki, böyük dəyişiklik edilməyib: "Ən böyük yenilik avtomobilin interyeri ilə bağlı olacaq. Daha yeni sistemlər, daha komfort salon və s."
O.Hacıyev yeni “G Class”ın yarım milyon manat olacağı ilə bağlı xəbərlərə də münasibət bildirib:" Yayılan məlumatlar həqiqətə uyğun deyil. Manatın hazırkı məzənnəsi ilə ən komplektləşdirilmiş modelin qiyməti 400 min manatdan yuxarı olmayacaq".
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












